2013-cü ilin I yarısında MATM-da Muzeyin fondlarında qorunan maddi mədəniyyət nümunələrinin, Azərbaycan tarixinin müxtəlif dövrlərinin elmi tədqiqi və nəşri, respublika və beynəlxalq səviyyəli elmi konfransların, seminarların keçirilməsi, Azərbaycanın müxtəlif bölgələrinə toplama işi məqsədilə ekspedisiyaların təşkili problem üzrə əsaslı iş aparılmışdır.
“Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu və problemləri” respublika elmi konfransının keçirilməsi” mövzusu üzrə cari ilin aprelində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu və problemləri” III respublika elmi konfransı təşkil olunmuşdur. “Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyinə həsr olunmuş respublika elmi seminarının keçirilməsi” mövzusu may ayında yerinə yetirilmişdir. İcrası cari ilin oktyabrında nəzərdə tutulmuş “Maddi mədəniyyət abidələrinin bərpası, konservasiyası və mühafizəsi problemləri” Beynəlxalq elmi konfransın keçirilməsi” mövzusu çərçivəsində konfransa daxil olan tezislərin qəbulu davam edir. “Azərbaycanın orta əsr saxsı məmulatı” elmi tədqiqat layihəsi” mövzusu üzrə “Zoomorf təsvirli şirli qablar” kataloqu üzərində iş aparılır. Kataloqun hazırlanması çərçivəsində 40-dan çox ədəbiyyat toplanmış, giriş mətninin ilkin variantı hazırlanmışdır. Kataloqun mənbə bazasını 225 ədəd zoomorf təsvirli şirli qab və fraqment təşkil edir. “Azərbaycan xalqının mədəni irsi (MATM kolleksiyası əsasında)” silsilə kitabların hazırlanması” mövzusu üzrə cari ilin 2-ci yarısında “Azərbaycanda elmin təşəkkülü və inkişafı” məqalələr toplusunun 4 məqaləsi hazırlanmışdır. “Mis süfrə qabları” kitab-albomunun hazırlanması” mövzusu çərçivəsində kitab-alboma daxil ediləcək qablar üzərindəki kitabələr oxunmuş, kitabələrin şəkilləri çəkilmiş, kitabın mətninə əlavə və dəyişikliklər olunmuşdur. Paralel olaraq bərpaya ehtiyacı olan mis qablar laboratoriyada bərpa edilmişdir. “Şirvanşahlar dövlətinin sikkələri” kataloqu” mövzusu üzrə adı çəkilən kataloqun ilkin variantı hazırlanmışdır. “Azərbaycanın soyuq və odlu silahları” kataloqunun hazırlanması” mövzusu çərçivəsində muzeyin Silahlar və bayraqlar fondundan materiallar seçilmiş, onların fotoşəkilləri çəkilmiş və annotasiyalar yazılmışdır. “Faleristika və qliptika fondunun kolleksiyası” kataloqu üzərində iş davam edir. Cari ildə nəşri nəzərdə tutulmuş “Azərbaycan faleristikası və qliptikası” kataloqu üçün 85 materialın fotoşəkli hazırlanmış, annotasiyaları yazılmışdır. “Azərbaycan xalçaları (MATM-nin kolleksiyası əsasında) silsilə kitab-albomların hazırlanması“ mövzusuna daxil olan “Azərbaycan xalçaları (Gəncə-Qazax)” kataloqunun hazırlanması” işi üzrə aşağıdakı işlər görülüb: xalçalar məktəblər üzrə seçilib, annotasiyaları tərtib edilib, muzeyin Sənədli mənbələr fondunda Gəncə-Qazax bölgəsinin xalça sənəti ilə bağlı fotoşəkillər seçilib. “Arxeoloji, etnoqrafik, numizmatik, heraldik məlumatların toplanılması və tədqiqi məqsədilə respublikanın bölgələrinə ekspedisiyaların və ezamiyyətlərin təşkili” mövzusunun icrası məqsədilə muzeyin əməkdaşları Füzuli rayonunda Şeyx Babı xanəgahında aparılan arxeoloji qazıntılarda və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyasının Ağdam, Ağcabədi və Bərdə rayonlarına təşkil etdiyi kəşfiyyat səfərlərində, Qəbələ Beynəlxalq Arxeoloji ekspedisiyasında iştirak etmişlər. Həmin səfərlərdən əldə olunan 7 ədəd arxeoloji material muzeyin fonduna təhvil verilmişdir. Muzeyin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. G.Abdulova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Şuşa qrantı” müsabiqəsi üzrə “Qarabağ geyimləri kataloqu” layihəsinin iştirakçısı kimi Ağcabədi rayonuna ezam olunmuşdur. Ezamiyyətdə məqsəd Qarabağ geyimləri haqqında yaşlı sakinlərdən məlumat toplamaq, Qarabağ bölgəsi əhalisinin milli qadın, kişi və uşaq geyimlərinin, eləcə də geyim bəzəkləırinin araşdırılaraq katoloqlaşdırılması və tipoloji təsnifatının verilməsini təşkil etməkdir. “H.Z.Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş tədqiqatların aparılması, onların kitab, buklet, albomlar vasitəsilə nəşri” mövzusuna daxil olan “H.Z.Tagıyev haqqında xatirələr” kitabı” adlı işin ilkin variantı hazırlanmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.