XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 İyul, 2013
Muzeydə cari fond işlərinin aparılması işi davam edir

Milli Azərbaycan Tarixi Muzeyi2013-cü ilin I yarısında Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında cari texniki işlərin aparılması, orada mühafizənin və təhlükəsizliyin təmin olunması məqsədilə müasir infrastrukturun təşkili üzrə aşağıdakı işlər görülmüşdür:


- elmi fond şöbələri və fondlar 2013-cü ilin iş planına uyğun olaraq fond işi çərçivəsində ekspozisiyaya verilmiş, həmçinin geriyə qaytarılmış eksponatları aktlaşdırmış;

- fondlara daxil olmuş yeni materiallar ilkin işlənərək, inventar kitabında qeydiyyatdan keçirilmiş;

- Numizmatika fondunda Sabirabad və Bərdə dəfinələrindən 700 sikkənin təyinatı verilmiş;

       - Hesabat dövründə ayrıca Xəritə sektoru təşkil olunmuşdur.

       - fond əməkdaşları muzeyə müraciət edən müxtəlif yerli və xarici təşkilatlara və tədqiqatçılara (o cümlədən, televiziya şirkətlərinə, Elmlər Akademiyasının müvafiq institut və təşkilatlarına, Dövlət Bayrağı Kompleksi nəzdində muzeyə, Qazaxıstanın birinci Prezidentinin muzeyinə, Rusiya Federasiyasının Dövlət Arxivinə və s.) metodiki və əməli yardım göstərmişlər.