XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 İyul, 2013
Muzeydə Azərbaycan tarixinin KİV, internet vasitəsilə təbliği, Muzeyin təhsil müəssisələri, ictimai təşkilatlarla əlaqələrin genişləndirilməsi istiqamətində işlər genişlənir

Milli Azərbaycan Tarixi Muzeyi2013-cü ilin I yarısında Muzeyin bir sıra əməkdaşı (N.Vəlixanlı, Ə.Rəcəbli, N.Əliyeva, M.Zeynalova, F.Cabbarov, S.Əhmədov, G.Abdulova və b.) muzeyin fəaliyyətinə, Azərbaycan tarixinin müxtəlif problemlərinə dair televiziya, radio, mətbuat və İnternet vasitəsilə çıxış etmişlər.


Muzeyin kolleksiyasında qorunan nadir incilər haqqında reklam və məlumat xarakterli silsilə məqalələr Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. S.Əhmədov tərəfindən hazırlanmış, “Azerbaijan Airlines” və “İrs-Heritage-Наследие” jurnallarında çap olunmağa başlanılmışdır. Aprelin 4-6-da XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisində muzeyin nəşrləri nümayiş olunmuşdur.

       2012-ci ildə yaradılan Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin təşkilatçılığı ilə Muzeydə 20 yanvar hadisələrinin və Xocalı faciəsinin ildönümlərinə həsr olunmuş tədbirlər (17 yanvar, 25 fevral) keçirilmişdir. Görkəmli Azərbaycan tarixçisi, muzeyin sabiq əməkdaşı Rauf Məmmədovun 80 illik yubileyinə həsr olunmuş elmi seminar (15 fevral) təşkil edilmişdir. Keçirilən tədbirlər arasında muzeyin ictimai təbliği və tanıdılması baxımından iki tədbir xüsusi qeyd olunmalıdır: 2010-2012-ci illərdə muzey tərəfindən nəşr olunmuş kitabların təqdimat mərasimi (7 fevral)  və 18 May – Beynəlxalq muzeylər günü ilə bağlı kompleks tədbirlər (17 may) – KİV nümayəndələri üçün mətbuat konfransı, muzeyə dəstək verən 17 şəxsə və  quruma, həmçinin onun fəaliyyətini işıqlandıran 5 KİV nümayəndəsinə təşəkkürnamələrin təqdimatı, “Tarix muzeyi uşaqların gözü ilə” sərgi-müsabiqəsi və qaliblərin mükafatlandırılması.

       Muzeyin İnternet saytı təkmilləşdirilmiş, yeni bölmələr yaradılmış, saytda məlumatların operativ yerləşdirilməsi təmin olunmuşdur. Yanvar- iyun aylarında 45 mindən artıq istifadəçi muzeyin saytına müraciət etmişdir. “Twitter” və “Facebook” sosial şəbəkələrində muzeyin səhifəsi yaradılmış, burada mütəmadi olaraq məlumatların yenilənməsi təmin edilmişdir.

       Muzeyin əlaqələrinin genişləndirilməsi istiqamətində 3 uşaq yaradıcılıq mərkəzi, 8 orta məktəb, 3 uşaq bağçası ilə əlaqələr qurulmuş, onların muzeylə əməkdaşlığı təmin edilmişdir. Aprel ayından muzeydə tələbə və şagirdlərin iştirakı ilə “H.Z.Tağıyev klubu”nun mütəmadi məşğələləri keçirilməyə başlamışdır. 

       Muzeyin əməkdaşı t.ü.f.d. M.Zeynalova Heydər Əliyev Mərkəzində, t.ü.f.d. F.Cabbarov Azərbaycan Respublikası Maliyyə Nazirliyində muzeylərin qurulmasında metodiki yardım göstərmişlər.

       2013-cü ilin I yarısında muzeydə 470 ekskursiya (Azərbaycan dilində - 277, rus dilində -113, ingilis dilində - 80) aparılmışdır. Ümumilikdə, hesabat dövrü ərzində muzeyi 9000 adam ziyarət etmişdir (o cümlədən18 May – Beynəlxalq muzeylər günü çərçivəsində keçirilən “açıq qapı” günündə 1740 nəfər).