2013-cü ilin 1-ci yarısında MATM tərəfindən 2 kitab çap edilmişdir:
1. “Как воровали «Аршин мал алан»” broşürü. 39 səh.
2. “Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisinin bələdçisi. 19 səh.
Cari yarımildə muzey əməkdaşlarının 6 məqaləsi (o cümlədən, 5-i xarici ölkələrdə) çap olunmuşdur.
Muzeyin 21 əməkdaşı ölkədə keçirilən 3 respublika və 2 beynəlxalq səviyyəli elmi forumlarda iştirak etmişlər.
Cari yarımildə Milli Azərbaycan Tarixi Muzeyində 1 konfrans, 2 seminar və 2 sərgi keçirilmişdir. Bu tədbirlərdə Muzeyin əməkdaşlarıl fəal iştirak etmiş, məruzələrlə çıxış etmişlər. Plandan əlavə 18 May - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində XII əsr görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin xatirəsinə həsr olunmuş guşə yaradılmış, burada Gəncə xalçası fonunda Məhsəti Gəncəvinin portreti, XIII əsr Gəncə keramikası, Məhsətinin gözəl şahmat oyunçusu olmağı barədə məlumatları nəzərə alaraq, qədim şahmat taxta və fiqurları, XIII əsr çırağı nümayiş olunmuşdur. İyunun 18-də Bakıda keçirilən Beynəlxalq xalça turu çərçivəsində muzeyin xalça kolleksiyası əsasında “Tarixdə Azərbaycan xalçaları” sərgisi açılmışdır. İyunun 27-də 2012-ci ildə muzey tərəfindən nəşr olunan “Onlar Belarus uğrunda vuruşublar” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbir Milli Azərbaycan Tarixi Muzeyi ilə Belarus Respublikasının Azərbaycan Respublikasında Səfirliyi tərəfindən təşkil olunmuşdur. Tədbirdə Belarus-Azərbaycan Dostluq Cəmiyyətinin, diplomatik korpusun nümayəndələri, müharibə veteranları, ictimai xadimlər iştirak etmişlər.
Hesabat dövründə muzey əməkdaşları aşağıdakı beynəlxalq elmi tədbirlərdə iştirak etmişlər:
1. “Mədəni irs nümunələrinin dövrünün təyin olunması zamanı nüvə texnologiyalarından istifadə” mövzusunda regional treninq-kurs. Xorvatiya Respublikasının Zaqreb şəhəri, 20-24 may (elmi fond işləri üzrə direktor müavini, t.ü.f.d. M.Zeynalova).
2. “Romanovlar sülaləsi: xeyriyyəçilik və mesenatlıq ənənələri” Beynəlxalq elmi konfrans. Rusiya Federasiyasının Moskva şəhəri, 3-7 iyun (elmi katib, t.ü.f.d. F.Cabbarov).
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.