XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
31 İyul, 2013
“Yol” jurnalında Muzey əməkdaşının məqaləsi dərc olunub

“Yol” jurnalında Muzey əməkdaşının məqaləsi “Yol” elmi-populyar jurnalının növbəti nömrəsində Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarovun yeni məqaləsi dərc olunub.


Belə ki, jurnalın son (“Yol”, №3 (39), 2013, s. 8-22) nömrəsində “Tağıyev sarayı: böyük xeyriyyəçi haqqında xatirənin qoruyucusu və Azərbaycan tarixinin xəzinəsi” (rus dilində) adlı məqalədə görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi, xalq arasında “Tağıyev sarayı” adı ilə tanınan bina haqqında müfəssəl məllumat verilir. Müəllif binanın sahibi, memarı, tikilişi tarixi, 1917-ci ilə qədərki taleyi, sovet hakimiyyəti illərində binanın hansı məqsədlərlə istifadə olunması barədə tarixi faktlara əsaslanan maraqlı məlumatlar verir. Həmçinin məqalədə hazırda binada yerləşən Milli Azərbaycan Tarixi Muzeyinin  tarixi, fondları və eksponatları barədə məlumat əldə etmək olar.

            Məqalə ilə saytın Muzey KİV-də bölməsində tanış olmaq olar.