XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Avqust, 2013
Muzeyin eksponatlar kolleksiyası zənginləşir

Milli Azərbaycan Tarixi MuzeyiMilli Azərbaycan Tarixi Muzeyinin Tarixi Əşyaların Fond-Satınalma komissiyası tərəfindən 2013-cü ilin 1-ci yarısı ərzində muzeyə 460-dan artıq material qəbul olunmuşdur.


Qeyd etmək lazımdır ki, Azərbaycan tarixi və mədəniyyətinin müxtəlif səhifələrinin işıqlandıran bütün bu yeni materiallar ayrı-ayrı vətəndaşlar, həmçinin xaricdə yaşayan həmvətənlərimiz, eləcə də bir sıra təşkilatlar tərəfindən təmənnasız, hədiyyə olaraq muzeyə bağışlanmışdır.

İstər tədqiqatşılar, istərsə də geniş ictimaiyyətinin Muzeyin materialları ilə tanış olmasını asanlaşdırmaq, eksponatalar haqqında daha ətraflı məlumat toplamaq məqsədilə aparılan işlrədə müasir informasiya- texnologiya üsul və vasitələrinin tətbiq olunması işi genişlənir. Belə ki, 2013-cü ilin 1-ci yarısı ərzində Muzeyin Hədiyyələr və xatirə əşyaları fondunda 1530, Etnoqrafiya fondunda 1000, Sənədli mənbələr fondunda 950, Neqativ fondunda 900, Numizmatika fondunda 500, Arxeologiya fondunda 434, Silahlar və bayraqlar fondunda 370, Təsviri materiallar fondunda 70, Köməkçi tarixi fənn materialları fondunda 50 eksponatın elektron pasportu hazırlanmışdır.