XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 Sentyabr, 2013
Qarabağ geyimləri haqqında məqalə türk dilində dərc olunub

“İrs” beynəlxalq jurnalı“İrs” beynəlxalq jurnalın türk dilində çap olunan versiyasının növbəti nömrəsində Muzeyin Etnoqrafiya elmi fond-şöbəsinin müdiri, t.ü.f.d. G.Abdulova və t.ü.f.d. F.Vəliyevin birlikdə hazırladıqları “Karabaqda kiyafet kültürünün şekillenmesi” adlı məqaləsi dərc olunub (“Miras”, 2 (6), 2013, s.32-35).


Məqalədə Azərbaycanın Qarabağ bölgəsinə xas olan geyim növləri, geyimlərlə bağlı adət-ənənələri haqqında müfəssəl məlumat verilir. Muzeydə qorunan tarixi eksponatların fotoşəkilləri vasitəsilə Türkiyə oxucularına Qarabağ geyimlərinin gözəllik və özünəməxsusluğu əyani şəkildə çatdırılır.  

Qeyd etmək lazımdır ki, Muzeydə Qarabağın tarixi və etnoqrafiyası ilə bağlı tədqiqatlar davam edir.

Məqalənin tam mətni ilə saytın Muzey KİV-də blokunda tanış olmaq olar.

Məqalənin PDF formatında tam mətni www.irs-az.com  saytında verilmişdir