XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 Sentyabr, 2013
Dünya şöhrətli “Arşın mal alan” operettasının 100 illiyinə həsr olunmuş yeni məqalə dərc olunub

“İrs” beynəlxalq jurnalı“İrs” beynəlxalq jurnalın rus dilində çap olunan versiyasının növbəti nömrəsində Muzeyin xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin əməkdaşları R.Həsənova və A.Əliyevanın “Arşın mal alan-100” adlı məqaləsi dərc olunub (“İrs-Наследие”, 4 (64), 2013, s.34-37).


Məqalədə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun dünya şöhrətli “Arşın mal alan” operettasının yaradılması və tamaşaya qoyulması ilə bağlı maraqlı məlumatlar verirlir. Belə ki, Muzeydə istər bəstəkar, istərsə də operetta ilə bağlı vacib tarixi əhəmiyyət kəsb edən eksponatlar qorunur, onların bir hissəsi məqalədə təhlil olunmuşdur.

Məqalənin tam mətni ilə saytın Muzey KİV-də blokunda tanış olmaq olar.

Məqalənin PDF formatında tam mətni www.irs-az.com  saytında verilmişdir