Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən Azərbaycanın görkəmli siyasi və ictimai xadimi, istedadlı alim Əziz Məmmədkərin oğlu Əliyevin (1897- 1972) həyat yolu və fəaliyyətini əks etdirən kataloq hazırlanaraq çap edilmişdir.
Qeyd etmək lazımdır ki, muzeyin fondlarında Ə.Əliyevlə bağlı bir sıra tarixi sənəd və eksponatlar mövcuddur. 1978-ci ildə onun oğlu Tamerlan Əliyev tərəfindən Muzeyə təqdim olunan bu əşyalar XX əsr Azərbaycan tarixinin mühüm materialları sırasında qorunur və araşdırılır. Kataloqda Ə.M.Əliyevin qısa bioqrafiyası verilir, onun həyat və fəaliyyəti ilə bağlı 60-dan artıq eksponat barədə müfəssəl məlumat verilir, həmin eksponatların görkəmli şəxsiyyətin bioqrafiyasının naməlum qalan məqamlarının araşdırılmasında yeri və rolu qeyd olunur. Hər eksponat barədə ətraflı məlumatla bərabər onların fotoşəkilləri də oxucuların diqqətinə təklif olunur. Elmi redaktoru akademik Nailə Vəlixanlı olan kataloqun mətni t.ü.f.d. Səbuhi Əhmədov tərəfindən hazırlanmışdır. Kataloq azərbaycan və rus dillərində nəşr olunmuşdur. Muzey tərəfindən kataloqun təqdimat mərasiminin keçirilməsi planlaşdırlır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.