XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Sentyabr, 2013
“Nəsib bəy Yusifbəyli – milli istiqlal və dövlətçilik mücahidi” məqalələr toplusu çap olundu

“Nəsib bəy Yusifbəyli – milli istiqlal və dövlətçilik mücahidi”  məqalələr toplusuMilli Azərbaycan Tarixi Muzeyi tərəfindən “Nəsib bəy Yusifbəyli – milli istiqlal və dövlətçilik mücahidi” məqalələr adlı toplusu çap olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 95-ci ildönümünə ithaf olunmuş toplu Rusiyada türk və müsəlman xalqlarının hüququları uğrunda yorulmadan mübarizə aparan, milli dövlətçiliyimizin qurulmasında xüsusi rolu olan, 1919-cu ilin aprelindən 1920-ci ilin martınadək Cümhuriyyətin hökumət başçısı olan Azərbaycanın görkəmli siyasi və ictimai xadimi Nəsib bəy Yusifbəylinin həyta və fəaliyyəti, ideyaları, apardığı mübarizə, həyata keçirdiyi tədbirləri, eləcə də müəmmalı ölümünün araşdırılmasına həsr olunub.


 

Toplunun elmi redaktoru t.ü.f.d. Firdövsiyə Əhmədovadır. Topluya F.Əhmədovanın “Nəsib bəy – Yusifbəylilər ocağının yetirməsi”, Əli Fərhadovun “Aləmi-Nisvan”da doğan bir şəfəq”, Fikrət Bağırovun “Türk ədəmi mərkəziyyət partiyasının banisi Nəsib bəy Yusifbəyli”, t.ü.f.d. Günel Əliyeva-Məmmədovanın “Nəsib bəy Yusifbəyli və onun Zaqafqaziya Seymindəki fəaliyyəti”, t.ü.f.d. Zərifə Dulayevanın “Nəsib bəy Yusifbəyli və xalq təhsili” (rus dilində), t.ü.f.d. Fərhad Cabbarovun Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi hökumət kabinetinin siyasətində Azərbaycan-Rusiya münasibətləri məsələsi”, t.ü.f.d. Zərifə Dulayevanın “Nəsib bəy Yusifbəyli və Azərbaycan Respublikasının beynəlxalq tanınması” (rus dilində), t.ü.f.d. Firdövsiyə Əhmədovanın “Azərbaycan milli istiqlal hərəkatında Nəsib bəy Yusifbəylinin rolu”, t.e.d., professor Solmaz Rüstəmova-Tohidinin Nəsib bəy Yusifbəyli Üzeyir bəy Hacıbəyovun məktublarında”, t.ü.f.d. Fərhad Cabbarovun “Baş Nazirə bir xidməti müraciətin izi ilə” (rus dilində), t.ü.f.d. Səbuhi Əhmədovun “Nəsib bəy Yusifbəyli hökumətinin az məlum olan nailiyyəti – Azərbaycan hərbi hissələrinin döyüş bayrağının qəbul olunması”, f.e.d. Nazif Qəhrəmanlının “Bir daha Nəsib bəy Yusifbəylinin qətli barədə ” adlı məqalələri daxil olunmuşdur. Həmçinin topluya Məmməd Əmin Rəsulzadənin “İstila qurbanları- Yusifbəyli Nəsib bəy” yazısı, “Nağı Şeyxzamanlının xatirələrində Nəsib bəy Yusifbəyli” adlı yazı, XX əsrin əvvəllərində yaşamış şair Əli Yusifin “Azərbaycanlıya. Hörmətli Nəsib bəyə” adlı şeri, Zakir Sadatlının “Tarixin qan qohumu...( Nəsib bəy Yusifbəyli Əziz Alpoudun xatirələrində)”, Feyzi Ağüzümün “Kim iddia edə bilər ki, biz özümüzü idarə etməyə səlayyihətdar bir millət deyilik?! Nəsib bəy Yusifbəyli” Nəsib bəy Yusifbəyli” yazıları daxil edilmişdir.

Məqalələr toplusunun təqdimat mərasiminin keçirilməsi planlaşdırılmışdır.