“Azərbaycan Hava Yolları” QSC-nin “Azerbaijan aerlines” jurnalının növbəti nömrəsində (№ 5 (24) 2013, s. 68-70) Milli Azərbaycan Tarixi Muzeyinin incilərindən olan qədim və orta əsr silahları haqqında rus və ingilis dillərində məqalə çap olunub («Убор для брани, украшение для пира»; «Cover for the battle, decoration for the feast»).
Məqalədə qədim alban çarının dəbilqəsi, XVII əsr Səfəvi ustalarının əl işi olan polad qalxan, poladdan düzəldilərək naxışlı sümük lövhələrlə bəzədilmiş XVIII əsr xəncərləri, dəmirdən düzəldilib qızıl və gümüşlə bəzədilən XIX əsr barıtqabları, XX əsrin əvvəllərində tanınmış netf sənayeçisi və xeyriyyəçi H.Z.Tağıyev tərəfindən Kubaçi ustlarına sifariş etdiyi, qızıl və qiymətli daşlarla bəzədilmiş qılınc haqqında maraqlı məlumatlar verilmişdir.
Məqalənin tam mətni ilə saytın “Muzey KİV-də” blokunda tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.