XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Sentyabr, 2013
Muzeydə qorunan Nobel plaketkası (xatirə medalı) haqqında məqalə italyan dilində dərc olunub

“İrs” beynəlxalq jurnalı“İrs” beynəlxalq jurnalın italyan dilində çap olunan versiyasının növbəti nömrəsində,) Muzeyin əməkdaşı, t.ü.f.d. Məmməd Məmmədovun “Neft kralları Nobel qardaşları” adlı məqaləsi dərc olunub (“İrs- Patrimonio”, 2 (7), 2013, s.42-47).


Məqalədə Azərbaycanda XIX əsrin sonu- XX əsrin əvvəllərində neft hasilatı, Nobel qardaşları şirkətinin fəaliyyəti haqqında məlumat verilir, Bakıda 1 mlrd pud neft çıxarılmasına görə Nobel şirkətinin buraxdığı xatirə medalı təsvir olunur.

Məqalənin tam mətni ilə saytın Muzey KİV-də blokunda tanış olmaq olar.

Məqalənin PDF formatında tam mətni www.irs-az.com  saytında verilmişdir