Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən görkəmli sahibkar, xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyev haqqında yeni kitab çap olunmuşdur. “Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında” kitabının ( Bakı, “Ziya”, 2013, 206 s.) müəllifi Muzeyin elmi katibi, t.ü.f.d Fərhad Cabbarovdur.
Kitabda H.Z.Tağıyev haqqında onun müasirləri olmuş insanların xatirələri və oçerkləri toplanmışdır.
Kitabda H.Z.Tağıyevin ilk bioqrafı olmuş Nəriman Nərimanovun, 1903-cü ildə çap olunmuş naməlum müəllifin, Nağı bəy Şeyxzamanlının müasirləri tərəfindən “millət atası” adlandırılmış H.Z.Tağıyev haqqında oçerklərinin tam mətnləri verilmişdir. Burada həmçinin dövrün görkəmli ziyalılarının Tağıyevin fəaliyyəti, o cümlədən müsəlman dünyasında ilk qız məktəbinin açılışı və Mərdəkan bağçılıq məktəbinin təşkili ilə bağlı yazdıqları fikirlər də oxuculara təqdim olunur. Kitabın maraq doğuran məqamlarından, “H.Z.Tağıyev toxuculuq fabriki fəhlələrinin gözü ilə” və “H.Z.Tağıyev Bakı sakinlərinin xatirələrində” fəsilləri qeyd edilmişdir. Müasirlərin Tağıyevə həsr etdikləri şeirlər də kitabda öz əksini tapmışdır.
Görkəmli xeyriyyəçi-mesenat, sahibkar Hacı Zeynalabdin Tağıyevin həyat salnaməsini, onun sahibkarlıq və ictimai fəaliyyətini əks etdikdən xatirə və oçerklər bu böyük şəxsiyyətlə maraqlananlar üçün faydalı olacaqdır.
Muzey tərəfindən tezliklə kitabın təqdimatı keçiriləcək.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.