XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Sentyabr, 2013
Qarabağ silahsazları haqqında məqalə dərc olunub

“İrs-Heritage” beynəlxalq jurnalıİngilis dilində çap olunan “İrs-Heritage” beynəlxalq jurnalında uzun illər Muzeydə çalışmış, 2010-cu ildə dünyasını dəyişmiş Sara Cahangirovanın  “Karabakh gunsmiths” (“Qarabağ silahsazları”) adlı məqaləsi dərc olunub (“İrs- Heritage”, 3 (14), 2013, s.12-15).


Məqalədə XIX əsr Qarabağ silahsazlarından olan Kərbəlayi Meşədi Kazım Aslan oğlu, Allahverdi Beruqov, Aslan Bağdiyev, Camal Cavadov, Aslan bəy Cəfəbəyov və başqaları haqqında müvafiq mənbə və elmi ədəbiyyat cəlb etməklə məlumat verilir. 

Məqalənin tam mətni ilə saytın Muzey KİV-də blokunda tanış olmaq olar.

Məqalənin PDF formatında tam mətni www.irs-az.com  saytında verilmişdir.