Milli Azərbaycan Tarixi Muzeyinin zəngin ekspozisiyası Azərbaycan tarixi və mədəniyyətinin öyrənilməsində, gənc nəsil tərəfindən qavranılmasında əvəzsiz rol oynayır. Adi ekskursiyalardan başqa burada müxtəlif yaş qruplarından olan uşaq və yeniyetmələrə əyani dərslər də keçirmək mümkündür.
Şəhərimiz qabaqcıl müəllimləri Muzeydə mütəmadi olaraq müxtəlif mövzulara həsr olunmuş açıq dərslər keçirirlər. Azərbaycan Tarixçi Müəllimlərin Assosiasiyasının sədri Namiq Rüstəmov UNİSER fərdi məktəbinin şagirdləri ilə Azərbaycan numizmatikasına həsr olunmuş açıq dərs keçirmişdir. Burada Azərbaycanın qədim dövr dövlətlərinin pulları haqqında danışılmış, müvafiq eksponatlarla tanışlıq təşkil edilmişdir. Bu tipli dərslərin davamlı olacağı nəzərdə tutulmuşdur.
Dərsin fotoşəkilləri ilə saytı “Fotoqalereya” blokunda tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.