XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Sentyabr, 2013
“Çexiya süleyman daşı” sərgisi başa çatmışdır

 “Çexiya süleyman daşı” sərgisiMilli Azərbaycan Tarixi Muzeyi və Çexiya Respublikasının Milli Muzeyi tərəfindən, Çexiya Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Praqadakı səfirliyinin və Çexiyanın Bakıdakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş və Çexiyanın mineraloji rəmzi sayılan, “süleyman daşı” adlanan qranat mineralına həsr edilmiş sərgi başa çatmışdır.


Iyunun 1-də açılmış sərgi Azərbaycan vətəndaşları və şəhərimizin qonaqlarının böyük marağına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, sərginin keçirilməsi haqda qərar Azərbaycan Prezidenti İlham Əliyevin keçən il Praqaya səfəri zamanı qəbul edilmişdir; sərgi ölkələrimizin beynəlxalq əməkdaşlığının əyani nümunəsidir. Ekspozisiyada Çexiya Respublikası Milli Muzeyinin kolleksiyasından XIV-XX əsrlərə aid 160 zərgərlik məmulatı - əl işi olan boyunbağılar, taclar, daraqlar və digər qadın bəzək əşyaları, barokko üslubunda hazırlanmış bokallar, təsbehlər, xalçalar, yazı dəstləri, müqəddəslərin heykəlləri, rəsm əsərləri və çex qranatı ilə bəzədilmiş bir sıra başqa əşyalar vardır. Eksponatlar arasında təbii qranat daşı, qranatlı süxurlar da nümayiş etdirilir. Praqa kilsəsindən gətirilmiş, XIV əsrə aid panaqiya (bəzəkli xaç) bu sərgidə ən qədim eksponatdır. Sərgilənən eksponatlar arasında ametist, yəşəm daşı, gümüşü rəngli təbii mineral, habelə qiymətli daşlarla işləyən sənətkarların istifadə etdikləri alətlər də vardır.