XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Sentyabr, 2013
Milli Azərbaycan Tarixi Muzeyində “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi- 95” sərgisi davam edir

“Qafqaz İslam Ordusu və Bakının azad edilməsi- 95” sərgisiMilli Azərbaycan Tarixi Muzeyində “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi-95” sərgisi davam edir. 2013-cü il sentyabrın 16-da açılmış sərgi Azərbaycanın paytaxtı Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsinin 95 illiyinə həsr olunmuşdur.


 Sərgidə 100-ə yaxın eksponat, həmçinin 15-dən artıq məlumat stendləri, 20-ə yaxın foto stendlər, iriölçülü xəritə, manekenlər, fotoşəkillər, rəsm əsərləri nümayiş olunur. Qonaqlara sərginin kataloqu təqdim edilir. Sərgi 16 sentyabr-16 oktyabr tarixlərində davam edəcək, sərgiyə giriş pulsuzdur.