Milli Azərbaycan Tarixi Muzeyinin bir qrup əməkdaşlarının məqalələri Qazaxstan Respublikasının Təhsil və Elm Nazirliyinin nəşr etdirdiyi “Türk dünyası” almanaxında nəşr olunmuşdur. Almanax türk dünyasının bəşər sivilizasiyasına verdiyi töhfələrin açıqlanması məqsədilə dərc olunur və beynəlxalq xarakter daşıyır.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlının “Azərbaycanda muzey işi tarixindən” adlı məqaləsində Azərbaycanda XX əsr ərzində muzeylərin yaranması, muzey işinin təşəkkülü, müstəqillik qazanandan sonra respublikada muzey işinin inkişafı, ölkənin ən iri muzeyləri barədə məlumat verilir.
Muzeyin Etnoqrafiya fondunun müdiri, t.ü.f.d. Gülzadə Abdulovanın “türk mədəniyyətində atın rolu” adlı məqalədə Azərbaycanda atın əhliləşdirilməsi ilə bağlı tarixi və arxeoloji məlumatlar, atın Azərbaycan türklərinin həyatında, təsərrüfatında, inanclarında, adət-ənənələrində, dastanlarında tutduğu yer və oynadığı rol barədə məlumat verilir.
Muzeyin Xüsusi fondunun müdiri Afət Rüstəmbəyovanın “Azərbaycanın zərgərlik sənəti genezis və ənənə baxımından” adlı məqaləsində Azərbaycanda zərgərlik sənətinin tarixi kökləri, istiqamətləri, məktəbləri, xüsusiyyətləri barədə müfəssəl məlumat verilir.
Muzeyin Etnoqrafiya fondunun elmi işçisi, t.ü.f.d. Xədicə Əsədovanın “Milli Azərbaycan Tarixi Muzeyinin xalça kolleksiyasından” adlı məqaləsində Muzeyin xalça kolleksiyası əsasında Azərbaycanda xalçaçılıq sənətinin yaranması, inkişafı, cərəyanları, məktəbləri, xüsusiyyətləri barədə məlumat verilir.
Almanaxda dərc olunan məqalələrlə saytın “Muzey KİV-də” blokunda tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.