XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Oktyabr, 2013
Muzeydə Azərbaycan foto tarixi ilə məşqələ keçirilib

Milli Azərbaycan Tarixi MuzeyiMilli Azərbaycan Tarixi Muzeyində  Azərbaycan tarixinin maraqlı səhifələri ilə bağlı məşqələlər keçirilir.


Azərbaycan tarixçiləri ictimai birliyinin idarə heyətinin sədri Namiq Rüstəmovun təşəbbüsü ilə UNİSER məktəbinin şagirdləri ilə keçirilən dərsdə Azərbaycan ilk fotoqraflardan olan, Azərbaycanda kino sənətinin yaradıcılarından olan Aleksandr Mişon haqqında danışılmışdır. A.Mişonun həyat və fəaliyyəti ilə dərindən tanış olan Alman mədəniyyət mərkəzinin direktoru Tamara Hümbətova uşaqlara məlumat vermişdir. Ekranda Mişonun fotoşəkilləri, eləcə də Azərbaycan kinosunu başlanğıcını qoymuş “Bibi-Heybətdə yanğın” və “Balaxanı neft mədənində fontan” filmləri nümayiş olunmuşdur. Məşqələnin sonunda uşaqlara Mişonun fotoşəkilləri və həyat yolu barədə çap materialı paylanmşdır.