XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Oktyabr, 2013
Milli Azərbaycan Tarixi Muzeyində 9 oktyabr 2013-cü il Prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası

Milli Azərbaycan Tarixi MuzeyiAMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları və Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilatının üzvləri 9 oktyabr 2013-cü il Prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasında yaxından iştirak etmişlər.


Belə ki, əməkdaşlarımız sosial şəbəkələrdə təşviqat xarakterli Prezidentə dəstək – “Güclü Lider, Güclü Azərbaycan”, “Qələbə”, “Binəqədi Gənclərinin Prezidentə Dəstək” səhifələri və qruplarında təbliğatla bağlı fotoşəkillərini yerləşdirmişlər. "Bakı Expo" Sərgi Mərkəzində Azərbaycanın son 10 ildə əldə etdiyi uğurlara həsr olunmuş "Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası" sərgisində muzey əməkdaşları ziyarətçi qismində iştirakları ilə bir daha İlham Əliyev siyasətinə dəstək nümayiş etdirmişlər.

9 oktyabr 2013-cü il Prezident seçkilərində muzey əməkdaşlarından Əzimova P. və Şirəliyev T. müşahidəçi qismində də iştirak edəcəklər.