Milli Azərbaycan Tarixi Muzeyində “Bakı - əvvəllər və sonralar” adlı məşğələ keçirilmişdir. UNİSER fərdi məktəbinin şagirdləri ilə məşğələni Azərbaycan tarixçiləri ictimai birliyinin idarə heyətinin sədri Namiq Rüstəmov keçirmişdir.
Onun bu dəfəki qonağı Bakı şəhərinin məşqul olan, Bakının tarixi rəsm və fotolarını toplayan Samir Süleymanov olmuşdur. Məşğələdə Bakının tarixi barəsində danışılmış, Bakının XIX əsrin sonları- XX əsrin əvvəllərində, eləcə də sovet dövrünə adi fotoşəkilləri, həmçinin müasir Bakının sürətli inkişafını nümayiş etdirən fotoşəkillər nümayiş olunmuşdur. Bakının o dövrki və indiki görünüşlərini nümayiş etdirən fotolardan ibarət slayd-film şagirdlərin marağına səbəb olmuşdur. Sonda hər şagirdə Bakının köhnə və müasir görüntülərindən ibarət fotolar bağışlanmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.