XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Oktyabr, 2013
Milli Azərbaycan Tarixi Muzeyində “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi- 95” sərgisi başa çatmışdır

“Qafqaz İslam Ordusu və Bakının azad edilməsi- 95” sərgisi

Milli Azərbaycan Tarixi Muzeyində “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi-95” sərgisi başa çatmışdır.


2013-cü il sentyabrın 16-da açılmış sərgi Azərbaycanın paytaxtı Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsinin 95 illiyinə həsr olunmuşdur. Sərgidə 100-ə yaxın eksponat, həmçinin 15-dən artıq məlumat stendləri, 20-ə yaxın foto stendlər, iriölçülü xəritə, manekenlər, fotoşəkillər, rəsm əsərləri nümayiş olunmuşdur. Qonaqlara sərginin kataloqu təqdim edilmişdir. Sərgi 16 sentyabr-16 oktyabr tarixlərində davam etmişdir.