Mirəli Mir Ələkbər oğlu Seyidov 1918-ci il oktyabr ayının 18-də Qərbi Azərbaycanın İrəvan şəhərində, fəhlə ailəsində anadan olmuşdur. Burada ibtidai təhsilini başa vurduqdan sonra, 1938-ci ildə Bakıda S.Ağamalıoğlu adına Hidromeliorasiya Texnikumunu bitirmişdir.1938-1944-cu illərdə İrəvan Dovlət Pedaqoji İnstitutunun Azərbaycan bolməsində təhsil almışdır.
Eyni zamanda 1941-1945-ci illərdə Ermənistan Dovlət Universitetinin Şərq şobəsində oxumuşdur. Həmin illər “Sovet Ermənistanı” qəzeti redaksiyasında korrektor, ədəbi işci, Gənclər şobəsinin mudiri, məsul katibin muavini vəzifələrində işləmiş, mətbuat muvəkkili olmuşdur. 1945-1953-cu illərdə AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin Orta əsrlər Azərbaycan ədəbiyyatı
şobəsinin mudiri, 1953-1960-cı illərdə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işci, 1960-1967-ci illərdə ədəbi əlaqələr şobəsində baş elmi işci, 1967-1980-ci illərdə şobə mudiri, 1980-1988-ci illərdə Azərbaycan mifologiyası və orta əsrlər folkloru şobəsinin mudiri, 1987-ci ildən institutun Xalq yaradıcılığı şobəsində aparıcı elmi işci kimi calışmışdır. 1982-ci ildə Turkiyədə kecirilən 4-cu turkoloji konqresdə Sovet numayəndə heyətinin tərkibində olmuş, “Azərbaycan mərasimlərində teatr unsurləri (Yuğ mərasiminə əsasən)” movzusunda məruzə etmişdir. Ədəbi fəaliyyətə 1941-ci ildə “Sovet Ermənistanı” qəzetində cap etdirdiyi rəy və ocerklərlə başlamışdır. Həmin dovrdən mətbuatda vaxtaşırı cıxış etmişdir. 1969-cu ildə “Azərbaycan- erməni ədəbi əlaqələri (ən qədim dovrdən XVIII əsrin sonunadək)” movzusunda doktorluq dissertasiyası mudafiə etmişdir. “Azərbaycan mifologiyası Azərbaycan xalqının mənşəyini oyrənməkdə bir mənbə kimi” movzusunda tədqiqat uzərində calışmış,
1969-cu ildə filologiya elmləri doktoru, 1973-cu ildə professor olmuşdur. Umumittifaq turkoloji muşavirə və konfranslarda iştirak etmişdir. 1976-cı ildən Azərbaycan Yazıзılar Birliyinin uzvu, 1983-cu ildə Azərbaycanın Əməkdar elm xadimi, 1992-ci ildə Azərbaycan milli yaradıcılıq akademiyasının muxbir uzvu olmuşdur. 1992-ci il aprel ayının 26-da Bakıda vəfat etmiş, ikinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Yaşadığı binanın divarına xatirə lovhəsi vurulmuşdu.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.