XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Oktyabr, 2013
18 oktyabr - Dövlət Müstəqilliyi Günü

18 oktyabr - Dovlət Mustəqilliyi GunuAzərbaycan bir əsrdə iki dəfə mustəqillik əldə etmək, ozunun suveren dovlətini yaratmaq imkanı qazanmışdı. Təəssuf ki, birinci imkan xarici mudaxilə, daxili cəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirilmişdi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay yaşamışdı.


İkinci tarixi imkan bir də 70 il sonra yetişmiş, Sovet imperiyasının dağılması Azərbaycan xalqına oz milli mustəqilliyini bərpa etmək imkanı vermişdi. 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dovlət mustəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmuşdur. Bu muhum tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşmuş, bununla da, Azərbaycanın tarixində yeni dovrun başlanğıcı qoyulmuşdu.

 

Azərbaycan Respublikasında 1991-ci il dekabr ayının 29-da umumxalq səsverməsi kecirilmiş, Azərbaycan xalqı yekdilliklə respublikanın dovlət mustəqilliyinə tərəfdar cıxmışdı. Mustəqilliyi elan edilmiş Azərbaycan Respublikası cox murəkkəb tarixi şəraitdə fəaliyyət gostərməyə başlamışdı. Onun mustəqilliyini dunya dovlətləri tanımışdır. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabr ayının 9-da Turkiyə Cumhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsvecrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dovlətlər tanımışdılar. Azərbaycanın BMT-yə uzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlanmışdı. Lakin mustəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlukəsi ilə uzləşmişdi. Bir tərəfdən Ermənistan silahlı quvvələrinin təcavuzu nəticəsində geniş miqyas almış Birinci Qarabağ muharibəsi, digər tərəfdən dovlət rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi cəkişmələr, separatcılıq hərəkatı mustəqilliyin beşiyindəcə boğulması təhlukəsini reallaşdırmışdı. Lakin boyuk siyasi təcrubəyə malik olan Heydər Əliyevin olkədə hakimiyyətə qayıdışı ilə bu təhlukə sovuşmuşdu.

1994-cu ilin 15 oktyabr tarixindən etibarən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 18 oktyabr tarixi Dovlət Mustəqilliyi Gunu kimi qeyd edilir.