AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunun müdiri Rüstəmbəyova Afət 9-11 oktyabr 2013-cü ildə Ukraynanın Sumı şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Mədəni İrsin Qorunması Regional Seminarında iştirak etmişdir. Seminarda Azərbaycan, Avstriya, Bolqarıstan, Bosniya-Herseqovina, Macarıstan, Ukrayna, Xorvatiya, Serbiya, Polşa, Portuqaliya, İsrail, Makedoniya, Rumıniya, Latviya, Litva, Türkiyənin nümayəndələri iştirak edirdilər.
Həmin seminarda Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunun qiymətli metallardan düzəldilmiş arxeoloji eksponatların kimyəvi tərkibi haqqında tam məlumatın alınması üçün AMEA Radiasiya Problemləri İnstitutunun şöbə müdiri, kimya üzrə fəlsəfə doktoru Dinara Abbasova ilə birlikdə ilk dəfə yeni nəsil texnologiyadan – Portativ Rentgen-fluoressensiya spektrofotometr XRF Omeqa 4000 (USA) qurğusundan istifadə etmişlər. Tədqiqat üçün bu üsuldan istifadə olunması Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) tövsiyyəsi əsasında aparılmışdır. Bu analizlər AEBA-nın RER (Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Regional Lahiyəsi) Avropa ölkələrində Mədəni İrs abidələrinin öyrənilməsi və saxlanılmasında nüvə texnologiyasının istifadəsi” regional layihəsi çərçivəsində icra olunmuşdur. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbərliyi tərəfindən Azərbaycanın bu lahiyə üzrə böyük rolu və təcrübəsi xüsusi qeyd olundu.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.