Alfred Bernhard Nobel 1833-cu il oktyabr ayının 21-də İsvecin paytaxtı Stokholmda dunyaya gəlmişdir. 1842-ci ildə ailəsi ilə birlikdə Sankt-Peterburqa getmiş, professor N.N.Zinindən kimyanı oyrənməyə başlamışdır. 1849-cu ildə professor Zininin məsləhəti ilə təhsilini davam etdirmək ucun Alfred, Avropa və Amerikaya getmişdir.
2 illik səyahətdən sonra Rusiyaya qayıtmış və car ordusu ucun silah istehsal edən ailə fabriklərini idarə etməyə başlamışdır. 1853-cu ildə Krım muharibəsinin başlaması “Nobel” şirkətinin cicəklənməsinə səbəb olmuşdu. Lakin ailə biznesinin iflasa uğramasından sonra atası ilə İsvecə qayıtmış, həyatını partlayıcı maddələrin tədqiqinə həsr etmiş, tustusuz barıtın, uğultulu-civəli kapsul detonatorun, dinamitin ixtiracısı olmuş və 1868-ci ildə ixtirasının patentini almışdır. 1875-ci ildə Nobel qardaşları Bakıda “Товарищество Бранобель” adlı “Nobel Qardaşları” şirkətini yaratmışdır.
Az muddətdə Nobel qardaşları Abşeronun bir sıra neft mədənlərinin sahibi olmuş, zavodlar almış və xeyli kapitala yiyələnmişdilər. O, 1889-cu ildə Umumdunya konqresində iştirak etmişdir. Lakin Rusiyada proletar inqilabından sonra 1920-ci ilin aprel ayında bolşeviklər Bakıya daxil olmuş və neft sənayesini milliləşdirmişlər. Lakin Nobellərin milyonları batmamış, pullar xarici banklara yatırılmışdı. İndi həmin pullar “Nobel mukafatı” formasında muxtəlif sahədə muhum kəşf və ixtiraları olan alimlərə təqdim olunur. Nobel mukafatının məbləği təxminən 1 mln. 450 min dollara bərabərdir. Alfred Nobel az da olsa dramaturq kimi fəaliyyət gostərmişdir. Onun yeganə əsəri 4 hissəli “Nemezida” faciəsidir. Pyesin 1896-cı ildə Parisdə cap olunmuş butun tirajı (3 nusxədən başqa) Nobelin olumundən sonra məhv edilmişdir. Gorkəmli ixtiracı-alim Alfred Nobel 1896-cı il dekabr ayının 10-da vəfat etmiş, Stokholmda dəfn edilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.