XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Oktyabr, 2013
Mir Mohsun Nəvvab -180

Mir Mohsun Nəvvab Mir Mohsun Hacı Mirəhəməd oğlu Nəvvab (Mir Mohsun Nəvvab) 1833-cu ildə Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini mollaxanada almışdır. Qısa müddətdə yaxşı bir müəllim kimi tanınan Nəvvab, həm də şair kimi şohrət tapmışdır. Şuşada yaşayan şairlər Nəvvabın ətrafına toplaşmış və o, Şuşada qiraətxana, “Usuli-cədid” məktəbi, şəxsi mətbəə və cildxana, “Məclisi-fəramuşan” adlı ədəbi məclisini təşkil etmiş və bu məclisə başcılıq etmişdir.


Şairliklə bərabər Nəvvab, rəssamlıqla da məşğul olmuşdur. Şuşada Boyuk məscidin minarələrində, dərs dediyi məktəbin və digər tikililərin ornamental divar rəsmləri, akvarellə cəkdiyi, fantastik sujetli və dini məzmunlu illustrasiyaları, kitablara verdiyi bədii tərtibatı və s. rəssamlıq sənətinə bələdliyini subut etmişdir. Nəvvabın çəkdiyi illüstrasiyalar XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda kitab tərtibatının inkişafına bцyьk təsir gostərmişdir.

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda təsviri sənətin inkişafında əhəmiyyətli təsiri olan nəfis xəttlə yazdığı əlyazmaları və şəxsi mətbəəsində litoqrafiya usulu ilə cap etdiyi bədii tərtibatlı kitabları Azərbaycan Respublikası Elmlər Akademiyası Əlyazmaları İnstitutunun arxivində saxlanılır.

1913-cu ildə Mir Mohsun Nəvvabın yazdığı iki kitab ona təkcə Azərbaycanda deyil, vətənimizin hududlarından kənarda da şöhrət qazandırmışdır. “Təzkireyi-Nəvvab” adlı birinci kitabında o, XVIII əsrin sonu- XIX əsr Qarabağ şairlərinin həyat və yaradıcılığını işıqlandırmış, onların əsərlərindən parçalar vermişdir. “Kifayət ul-ətfal” adlı ikinci kitabında dəqiq elmlərdən bəhs olunur. Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi ilə yaxından tanış olan Nəvvab klassik Şərq musiqisi haqqında “Dər elmi musiqi vuzuh ulərqam” (“Musiqi elmində rəqəmlərin aydınlaşdırılması”, 1913) əsərini yazıb nəşr etdirmişdir. Riyazi əsaslarla musiqini təhlil etməyə cağıran Nəvvab bu əsəri ilə musiqi aləmində cevriliş etmişdir. XX əsrin əvvəllərində “Elektron musiqi” kimi tanıdığımız musiqinin yaradılma ehtimalını Nəvvab əvvəlcədən gormuş, Azərbaycan musiqi ifacılığı təcrubəsini umumiləşdirmiş, muğamlarımızın təsnifatını vermişdir. Bundan başqa o, muğamlarımızı orijinal sistemə salmış və bu sistemi 5 cədvəldə əks etdirmişdir. Mir Mohsun Nəvvab 1918-ci ildə Şuşa şəhərində vəfat etmiş və orada da dəfn edilmişdir.