XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Oktyabr, 2013
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Sankt Peterburq şəhərində beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir

Muzeyinin əməkdaşı Sankt Peterburq şəhərində2013-cü il  oktyabrın 8-9-da  Sankt-Peterburq şəhərində “Mədəni  irsin öyrənilməsi: kitabxana, arxiv və muzeylər qarşısında  duran  yeni vəzifələr” mövzusunda beynəlxalq konfransda Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva iştirak etmişdir. Konfrans    Rusiyanının  Milli Kitabxanası,  Sankt  Peterburqdakı Holland institutu və Petrovsk tarixi cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


 

 Elmi konfrans maddi-mədəni  irsə aid rəqəmsal kolleksiyaların yaradılması və ondan istıfadə,  bu sahədəki  yeni  istiqamətlərə  həsr edilmişdi. Konfransı giriş sözləri ilə Rusiya Milli kitabxanasının general direktoru Anton Vladimiroviç Lixomanov və Niderland Krallığının Sankt Peterburqdakı general konsulu Yennes de Mol salamladıqdan sonra konfrans öz işinə başladı.

Məruzəçilər arasında arxiv, kitabxana sahəsi ilə  bərabər muzey sahəsinin müxətəssisləri də iştirak edirdi. Ermitaj Dövlət Muzeyinin elmi sənədləşmə şöbəsinin baç mütəxəssisi K.S. Romanov, Amsterdam muzeyinin əməkdaşı Yudit Van Gent, Rusiya Elmlər Akademiyasının Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya muzeyinin direktoru Y.K.Çistov və həmin muzeyin əməkdaşları N.V.Uşakov, S.N. Barabanova və digərləri muzey maretiallarının gələcək nəsillərə çatdırılması yollarını araşdıran maraqlı məruzələrlə çıxış etmişlər.

Arxiv, kitabxana və muzey materiallarının rəqəmsal edilməsi müasir dövrdə həlli vacib problemlərdən biridir. Muzeyin əməkdaşı t.e.d. Nərgiz Əliyevanın konfransdakı çıxışı da bu problemə həsr edilmişdi.  Məruzə belə adlanırdı : “ Milli Azərbaycan Tarixi Muzeyindəki  ekstponatların rəqəmsallaşdırılması problemləri və onların həlli yolları”.

Beş seksiyada  keçirilən iclaslarda  məruzələrin dinlənildikdən sonra məruzəçilərə verilən suallar cavablandırılıldı.

Səfərin sonunda, Nərgiz Əliyeva konfrans iştirakçılarının Azərbaycan nümayəndələri ilə birlikdə Sankt-Peterburqdakı  Hollad konsulluğu  tərəfindən təşkil edilmiş ziyafətdə iştirak etmişdir.

Nərgiz Əliyeva səfər ərzində, Rusiya Milli Kitabxanası və onun  filialları, eləcə də onun mərkəzi binasında yerləşən nadir və zəngin  əlyazmalar fondu ilə tanış olmuş, və  öz növbəsində Milli Azərbaycan Tarixi Muzeyinin fondları, o cümlədən orada saxlanan “Nadir kitablar” fondu haqqında məlumat vermişdir. Səfər ərzində o, “Alfaret” nəşriyyatı tərəfindən hazırlanmış “Theatrum  orbis terrarum”(Antverpen,1570)” dünya xəritəsinin faktimile nəşrinin prezentasiyası münasibətilə təşkil edilmiş sərgidə də iştirak etmişdir.