XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Oktyabr, 2013
Nadir şah Əfşar - 325

Nadir şah Əfşar Nadir şah Əfşar 1688-ci il oktyabr ayının 22-də Xorasanın Dərəgəz vilayətinin Dəstgird kəndində dunyaya goz acmışdır. İran şahı Nadir şah turk tayfalarından əfşarların Qırxlı boyundan idi. Başına bir dəstə toplayaraq Xorasan əyalətlərinin bir necəsini tutduqdan sonra ozunu Nadir bəy adlandırmağa başlamışdır.


II Təhmasib Nadir bəyi Xorasanda oz canişini təyin etmiş, bundan sonra Nadir ozunə Təhmasibqulu xan adını goturmuşdu. Məlik Mahmud idarəciliyinin mərkəzi Məşhəd alınan zaman, Şah Təhmasibin əmri ilə Fətəli xan oldurulmuş, bundan sonra Nadir şahın silahlı quvvələrinin baş komandanı təyin olunmuşdu. Bir qədər kecmiş Nadir Məlik Mahmudun qoşunlarını əzərək, onun ozunu qətlə yetirmiş və saraydakı movqeyi guclu şəkildə mohkəmlənmişdir. 1729-cu ilin 30 sentyabrında Mimandost cayı sahilindəki doyuşdə (Mimandost doyuşu) Əşrəfin qoşunları darmadağın edilmiş, bu parlaq qələbəsi ilə də Nadir olkənin yadellilərdən təmizlənməsi uğrunda mubarizəsinin başlanğıcını qoymuşdu. Nadirlə Əşrəf arasında həlledici doyuş 1729-cu ilin 13 noyabrında İsfahan yaxınlığında (İsfahan doyuşu) baş vermişdi. Bu dəfə Nadir birləşmiş əfqan-turk qoşunları uzərində parlaq qələbə qazanmışdı. Nadir təntənəli şəkildə şəhərə girmiş və oz əlləri ilə Səfəvi tacını Şah Təhmasibin başına qoymuşdu. Olkənin Şərqi tamamilə təmizlənmiş, qarşıda yalnız Azərbaycanı və onun yaxınlığındakı torpaqları Osmanlı turklərindən azad etmək qalmışdı. 1732-ci ildəki hərbi əməliyyatlar nəticəsində Nadir şah osmanlıları əzərək, Azərbaycanı, Həmədanı və Kirmanşahı azad etmişdi. Osmanlılar yalnız Arazdan şimalda qalmışlar. Təhmasib ozunun zəifləmiş nufuzunu bərpa etməkdən otru həmin əyalətləri şəxsən azad etmək qərarına gəlmişdi. Ancaq məğlub olaraq, 1731-ci ildə olkə ucun biabırcı bir sulh muqaviləsi (Kirmanşah muqaviləsi) bağlamışdı. Həmin muqaviləyə əsasən, Araz cayının şimalındakı butun ərazilər, eləcə də Kirmanşahın bir sıra əyalətləri osmanlılara verilmişdir. Nadir şah muqaviləni tanımaqdan imtina etmiş və qədim turk ənənələrinə gorə, xan və əyanların qurultayını cağırmışdı. Qurultay şah Təhmasibi taxtından salaraq, onun III Şah Abbas adlandırılan səkkiz aylıq oğlunu şah elan etmişdi. Faktiki olaraq, butun hakimiyyət Nadirin əlində cəmləşmişdi. Nadir şahın tabeciliyindən ilk cıxan belə mustəqil xanlıq Şəki xanlığı olmuşdu. 1737-ci ildə Nadir şah usyana qalxmış əfqanlara qarşı cıxmış və həm Heratı, həm də Qəndəharı tutmuşdu. Hindistanı tutduqdan sonra 1740-cı ildə Buxara və Xivə xanlıqlarını oz dovlətinin tərkibinə qata bilmişdi. 1741-ci ildə Mazandaran meşələrindən kecərkən Nadirə olan sui-qəsd, Dağıstandakı uğursuzluqlar və 1743-1747-ci illərin usyanları Nadir şahı qəzəbləndirmiş və o, kutləvi cəza tədbirlərinə başlamışdı. Bunun da nəticəsində sarayda sui-qəsd havası yetişmiş və 1747-ci ilin iyununda, Nadir şah gecə ikən oz cadırında qətlə yetirilmişdi.