XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 Oktyabr, 2013
Sadiq bəy Əfşar - 480

Sadiq bəy Əfşar Sadiq bəy Əfşar 1533-cu ildə Təbrizdə turk-əfşar tayfasına mənsub olan əsilzadə bir ailədə doğulmuş və hələ uşaqlıqdan poeziya və rəssamlıqla maraqlanmışdır. O, oz təhsilini artırmaq fikrinə gələrək, boyuk rəssam Behzadın bir qohumuna şagird durur. Oz sozlərinə gorə: “hansı işdən yapışırdımsa, mənə sadə və asan gəlirdi. Ən boyuk arzum Behzadın sənətinə yiyələnmək idi...


Buna gorə də, ozumə Behzada bərabər bir ustad axtarırdım. Nəhayət, açıq urəkli, dovrundə tayı olmayan bir ustad tapdım ki, o da sənəti Behzad fırcasından öyrənmişdi.”Muzəffər Əlinin yanında keçirdiyi təhsil illərində Sadiq bəy həm də Astrabad turkmənləri ilə doyuşlərdə özünün cəsurluğu və hünərvərliyi ilə şöhrət qazanır. Üz xarakterinin bu cizgilərini Sadiq bəy, Azərbaycan və turkmənşəli olması ilə əlaqələndirirdi. Həmişə deyərmiş ki, “türklüyümü gözə carpdırmaqla və qızılbaş ənənələrinə sədaqət göstərməklə özumu cəsur və qorxmaz sayır və zamanımın cəsur adamlarından heç kimi özümə tay bilmirəm.”

Səkkizillik təhsil muddəti havayı kecmir. Müasirlərinin yazdığına görə, Sadiq bəy “nəhayət, böyuk uğurlar qazanır və tayı-bərabəri olmayan incə fırçalı miniatür rəssamına çevrilir, onu saraya dəvət edirlər. II Şah İsmayılın dövründə Sadiq bəy şah kitabxanasının nəzdindəki emalatxanalarda işləmiş, Şah Məhəmməd Xudabəndənin (1578-1587) zamanında isə vaxtilə həmin məşhur kitabxananın rəhbəri olmuş və bu munasibətlə özünü “Sadiq-Kitabdar” adlandırmış, həmin kitabxanaya dahi miniaturçülərdən Behzad və Sultan Məhəmməd rəhbərlik etmişdi. Bu kitabxana əsl incəsənət akademiyası olmuşdu. Buradakı emalatxanalarda kitabların üzü köçürülmüş, miniaturlər yaradılmış, rəng və kağız istehsalının texnologiyası işlənib hazırlanmış, bədii cəhətdən kamil cildlər duzəldilmişdi. Eyni zamanda, burada xəttat, ornamentalist (nəqqaş), qızıl suyuna cəkmə (muzəhhib), rəngkar (musəvvir), karton (səhhaf) və dəri cildləmə (mucəllid) uzrə kadrlar hazırlanmışdır.Azərbaycanın zəngin istedadlar kəhkəşanında Sadiq bəy Əfşar ən parlaq ulduzlardan biridir. O, oz qabiliyyətini yalnız təsviri sənətdə deyil, xəttatlıqda (onun adı Şah Abbasın sarayındakı xəttatlar sırasında xatırlanmışdır), musiqidə, şeir və nəsr sahələrində, tarixi salnamə və təzkirəcilikdə də sınamış və yaradıcılıq uğurları qazanmışdı.

Boyuk sənətkar Sadiq bəy Əfşar 1613-cu ildə İsfahanda vəfat etmişdir.