XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Oktyabr, 2013
Mirzağa Əliyev - 130

Mirzağa Əliyev Mirzağa Əli oğlu Əliyev 1883-cu il oktyabr ayının 25-də Bakının Hovsan qəsəbəsində kəndli ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almış, Bakıda rus-musəlman məktəbini bitirmişdir. 1901-ci ildə səhnə fəaliyyətinə həvəskar kimi Nəcəf bəy Vəzirovun “Musibəti Fəxrəddin” əsərində Şahmar bəy rolunun ifası ilə başlamışdır.


Azərbaycan teatr xadimlərindən Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir gostərmişdir. Mirzağa Əliyev 1906-1907-ci illərdə “Həmiyyət” teatr truppasının rəhbəri və aktyoru olmuşdur. Bu truppa, əsasən, fəhlə rayonlarında tamaşalar vermişdir. 1907-1912-ci illərdə “Nicat” cəmiyyətinin teatr truppasında cıxış etmişdir. 1912-ci ildə car rejimini ifşa edən cıxışlarına və ictimai fəaliyyətinə gorə Həştərxana surgun olunmuşdur. 1912-1916-cı illərdə Volqaboyu şəhərlərində, Tbilisidə, İrəvanda, İran və Turkiyənin bir sıra şəhərlərində tamaşalar vermişdi. Uzeyir Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Ər və arvad” Z.Hacıbəylinin “Əlli yaşlı cavan”, “Evliykən subay” komediyaları teatrın daimi repertuarında olmuşdur. 1916-cı ildə Bakıda tamaşaya qoyulmuş “Olulər” (Cəlil Məmmədquluzadə) komediyasındakı İsgəndər rolu onun yaratdığı klassik obrazlar silsiləsinə daxildir. M.Əliyev Bakı Azad Tənqid Təbliğ Teatrının təşkilatcısı olmuş, burada aktual movzulu kupletlərdə cıxış etmişdir. 1924-cu ildən omrunun sonuna qədər Azərbaycan Dovlət Dram Teatrında calışmış, Azərbaycan səhnə realizmi ənənələrini davam etdirmişdir. Mirzağa Əliyev fitri komediya istedadına, milli koloritə, ifadəli yumor boyaları və zəngin səhnə nuanslarına malik aktyor olmuşdur. O, kino aktyoru kimi də məşhur olmuş, “Arşın mal alan”da Suleyman bəy, “Bismillah”da Molla Mirzə Əbdurrəhim, “Muxtəlif sahillərdə” filmində Amerikan Fəhləsi, “Hacı Qara”da Hacı Qara, “Məhəbbət oyunu”nda VVAQ mudiri və başqa  filmlərdə muxtəlif rollarda maraqlı obrazlar yaratmışdır.

1943 və 1948-ci illərdə SSRİ Dovlət Mukafatı laureatı olmuş, 1949-cu ildə “SSRİ Xalq artisti” adı almış, “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir. Mirzağa Əliyev 1954-cu il oktyabr ayının 25-də Bakıda vəfat etmişdir. Anadan olduğu Hovsan qəsəbəsindəki mədəniyyət evi, Bakının Yasamal rayonundakı kucələrdən biri gorkəmli aktyorun adını daşıyır.