Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov 1873-cu il oktyabr ayının 25-də Gəncədə doğulmuşdur. Orta təhsilini Gəncədə almış, 1895-ci ildə Moskva Universitetinin hüquq fakultəsini bitirmişdir. Azərbaycan Demokratik Partiyası “Musavat”ın əsas ideoloqlarından biri olmuş, 1895-1919-cu illərdə Yekaterinodar və Yelizavetpol qəzalarının məhkəmələrində işləmiş, II və III cağırış Dovlət Dumasına deputat secilmişdir. 1913-1918-ci illərdə Yelizavetpol şəhər bələdiyyə rəisi, Yelizavetpol qəza icraiyyə komitəsinin sədri olmuşdur.
1917-ci ildə Rusiyada fevral inqilabından sonra Zaqafqaziya Komissarlığı yaradıldıqda nəzarət komissarı, habelə, Zaqafqaziya Seyminin üzvü olmuşdur. 1918-ci ilin mayında Azərbaycan Milli Şurasında İcraiyyə komitəsinin tərkibində olmuşdur. O, Azərbaycan Xalq Cumhuriyyəti hökümətinin bütün beş kabinetinin tərkibində ədliyyə, yollar, daxili işlər, təkrarən ədliyyə naziri, habelə Azərbaycan parlamentinin üzvü olmuşdur. 1920-ci ilin aprelində Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov Azərbaycanın Turkiyədəki səfiri təyin olunmuşdur. Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan və Azərbaycanda kommunist rejimi qurulmasından sonra vətənə qayıtmamış, siyasi-publisistik fəaliyyət gostərmişdir. Xasməmmədov Azərbaycan Milli Mərkəzi (1924, İstanbul) Mərkəzi komitəsinin və “Musavat“ partiyası xarici burosunun (İstanbulda fəaliyyət gostərirdi) 3 nəfərdən ibarət rəyasət heyətinin üzvü idi. Azərbaycanın butun Qafqazın turk-musəlman xalqları ilə sıx birliyinin tərəfdarı olan Xasməmmədov Azərbaycan və Şimali Qafqaz mühacirləri tərəfindən yaradılmış “Azərbaycan-Dağlılar birliyi” adlanan qurumun ilk sədri secilmişdir. 1942-ci ilin yazında Almaniyanın Xarici İşlər Nazirliyi xətti ilə Berlinə goruşə dəvət edilmiş tanınmış Qafqaz siyasi muhacirləri sırasında Xəlil bəy də olmuşdur. Xəlil bəy Xasməmmədov 1947-ci ildə Turkiyədə vəfat etmiş, İstanbulun Fəridkoy qəbiristanlığında dəfn edilmişdir. Bakıdakı Hüquq Kadrlarının Təkmilləşdirmə İnstitutu onun adını daşıyır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.