XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Oktyabr, 2013
Muzeyin əməkdaşları oktyabrın 25-də keçirilən “Tarixi-mədəni irsin tədqiqi, tədrisi, təbliği, mühafizəsi və diyarşünaslıq işinin təşkilində təhsil müəssisələrinin rolu” mövzusunda konfransda iştirak etmişlər

Muzeyin əməkdaşı Pərvanə Əzimova Oktyabrın 25-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) bu ali təhsil ocağının təşkilatçılığı ilə “Tarixi-mədəni irsin tədqiqi, təbliği, mühafizəsi və diyarşünaslıq işinin təşkilində təhsil müəssisələrinin rolu” mövzusunda respublika konfransı işə başlamışdır.


Konfransın məqsədi Azərbaycan ərazisindəki çoxsaylı tarix və mədəniyyət abidələrinin hazırkı vəziyyəti, onların tədqiqi, təbliği və mühafizəsində aidiyyəti qurumların, xüsusən də təhsil müəssisələrinin, geniş ictimaiyyətin iştirakı məsələlərinə diqqəti cəlb etmək və bununla, gənc nəslin Vətənə, tarixi-mədəni dəyərlərə məhəbbət ruhunda tərbiyə olunmasına kömək göstərməkdir.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının, elmi-tədqiqat müəssisələrinin, ali və ümumtəhsil məktəblərinin nümayəndələri, dövlət və bələdiyyə qurumlarının təmsilçiləri, bu sahəyə maraq göstərən şəxslər iştirak etmişlər. Bu tədbirdə muzeyin iki əməkdaşı çıxış ediblər. Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin  əməkdaşı Pərvane Əzimova və Arxeologiya elmi fond şöbəsinin əməkdaşı Aidə Ismayılova çıxış ediblər.

Əvvəlcə tədbir iştirakçıları AMİ-nin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Ulu Öndərin büstü önünə əklil qoymuşlar.
AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı konfransın plenar iclasında çıxış edərək ölkəmizdə tarix və mədəniyyət abidələrinin qorunmasına və tədqiq olunmasına xüsusi diqqət və qayğının göstərilməsindən söz açmışdır. Bildirmişdir ki, elmi-mədəni əhəmiyyətə malik tarixi abidələrimiz öyrənilir, qədim yaşayış məskənlərində arxeoloji qazıntılar, bərpa və konservasiya işləri aparılır.