Oktyabrın 29-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Mis süfrə qabları” sərgisinin açılışı oldu.
Sərginin açılşında iştirak etmiş ABŞ, Rusiya, Türkiyə, Ukrayna, Misir, İordaniya, Almaniya, Yaponiya və digər ölkələrin alim və mütəxəssisləri, Azərbaycan xalqının maddi mədəniyyət abidələrindən olan mis süfrə qabları ilə tanış olmuş, onlardan valeh olmalarını bildirmişlər.
Qeyd etmək lazımdır ki, sərginin Muzeydə öz işinə başlamış “Maddi mədəniyyət abidələrinin bərpası, konservasiyası və mühafizəsi problemləri” mövzusunda beynəlxalq elmi konfransla bərabər aşılması heç də təsadüfi deyil. Belə ki, sərgidə nümayiş olunan 160-dan artıq eksponatın əksəriyyəti MATM Bərpa laboratoriyasında ən müasir üsullarla, müasir avadanlıq tətbiq edilməklə təmizlənmiş və bərpa olunmuşdur.
Sərgini açıq elan edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirdi ki, burada muzeyin Etnoqrafiya Fondundan XVIII-XIX əsrlərə aid 25 adda 160-dan artıq eksponatın təqdim olunur. O qeyd etdi ki, XIX-XX əsrlərdə ənənəvi olaraq istifadə olunmuş misgərlik alətləri - kəlbətinlər, zindan və çəkiclər, qayçılar, körük, həmçinin “misgər emalatxanası” maketi Azərbaycanda misgərlik sənətinin xüsusiyyətlərindən bəhs edir. Sərgidə Azərbaycanla yanaşı, Avropa və Rusiyada düzəldilmiş qablar, XIX əsrdən başlayaraq Azərbaycanda istifadə olunmuş badələr, samovarlar da nümayiş olunacaq. Qurulan məlumat panellərində Azərbaycan və ingilis dillərində Azərbaycan mis süfrə qabları haqqında məlumat verilir.
Sərgi dekabrın 29-dək davam edəcək, sərgiyə giriş pulsuzdur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.