XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Oktyabr, 2013
Muzeydə bərpaçıların dəyirmi masası keçirilir

Milli Azərbaycan Tarixi MuzeyiOktyabrın 29-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində öz işinə başlamış “Maddi mədəniyyət abidələrinin bərpası, konservasiyası və mühafizəsi problemləri” mövzusunda beynəlxalq elmi konfrans davam edir. Bu gün Azərbaycan, ABŞ, Rusiya, Türkiyə, Misir, İordaniya, Almaniya, Ukrayna, Yaponiya – cəmi 20 ölkənin ön nüfuzlu muzeylərinin, eləcə də bərpa mərkəzlərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir.


Dəyirmi masa zamanı arxeoloji materialların, parçaların, metal əşyaların, memarlıq abidələrinin, dulusçuluq məmulatlarının restavrasiyası və konservasiyası problemlərinə dair, restavrasiya işlərində maketləşmə məsələləri, restavrasiya məktəblərinin təşkili və fəaliyyəti, bərpa işlərində lazer texnologiyalarının tətbiqi problemlərinin müzakirəsi aparılır.