XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Oktyabr, 2013
Muzeydə Azərbaycan milli geyimləri təqdim olundu

Milli Azərbaycan Tarixi MuzeyiMilli Azərbaycan Tarixi Muzeyinin laboratoriyasının əməkdaşı,  rəssam-bərpaçı Nuridə Hüseynova  muzey eksponatları əsasında, sırf etnoqrafik geyimlər hazırlamışdır. Bu geyimlər XIX-XX əsrlərdə istifadə olunmuş Qarabağ milli geyimləridir.


Qeyd etmək lazımdır ki, geyimlərin ilk təqdimatı  “Maddi Mədəniyyət Abidələrinin Bərpasi Konservasiyasi və Mühafizəsi Problemləri” Beynəlxalq Elmi Konfrans çərçivəsində baş tutmuş və konfrans iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Nümayişin fotoları ilə saytın “Fotoqalereya” bölümündə tanış olmaq olar.