XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Noyabr, 2013
“Azərbaycan arxeologiya və etnoqrafiya elmləri müstəqilik illərində” mövzusunda beynəlxalq konfrans keçiriləcək

“Azərbaycan arxeologiya və etnoqrafiya elmləri müstəqilik illərində” Noyabrın 11-də “Qafqaz Point” otelində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən institutun yaradılmasının 20 illiyinə həsr olunmuş “Azərbaycan arxeologiya və etnoqrafiya elmləri müstəqilik illərində” mövzusunda beynəlxalq konfrans keçiriləcək.


Konfransda ABŞ, Fransa, Almaniya, Rusiya, Türkiyə, Gürcüstan, Macarıstan, Polşa, Moldova, Qazaxıstan və s. ölkə alimlərinin iştirakı gözlənilir.  İki gün davam edəcək tədbirdə Azərbaycanda son 20 ildə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına dair məruzələr dinləniləcək.