XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Noyabr, 2013
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda keçirilən regional təlimdə Muzeyin əməkdaşı iştirak etmişdir

“Qala” Dövlət Tarix-Etnoqrafiya QoruğuOktyabrın 30-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Muzey xidməti ziyarətçilərə keyfiyyətli qulluğun əsası və muzeyin sosial rolunun gücləndirilməsinin faktoru kimi” mövzusunda regional təlim keçirilmişdir. 


Tədbirdə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva,  Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev, AMEA-nın vitse-prezidenti, akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyev, Azərbaycan, Belarus, Ermənistan, Moldova respublikaları və Rusiya Federasiyası üzrə UNESCO-nun Moskva ofisinin mədəniyyət proqramı mütəxəssisi Moreva Lyubava və Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva çıxış etmişlər. Qeyd edək ki, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ukrayna, Moldova və Rusiya Federasiyasının muzey direktorlarının iştirak etdiyi  tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavinin, t.ü.f.d. Məhfuzə Zeynalova iştirak etmişdir.