Oktyabrın 31-də Şəki şəhərindəki “Şəki-Palas” otelinin konfrans zalında MDB ölkələrinin muzey mütəxəssisləri üçün “Muzey xidməti ziyarətçilərə keyfiyyətli qulluğun əsası və muzeyin sosial rolunun gücləndirilməsinin faktoru kimi” mövzusunda regional təlim keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası, həmçinin Rusiya Federasiyası, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan gəlmiş muzey mütəxəssisləri, təlimçilər və ekspertlər iştirak etmişlər. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, UNESCO-nun Moskva ofisinin mədəniyyət proqramı mütəxəssisi Lyubava Moreva çıxış etmiş, daha sonra təlim iştirakçıları mövzu ilə bağlı sessiyalara qatılmışlar. Qeyd edək ki, bu təlimlər UNESCO və MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) birgə layihəsi çərçivəsində MDB ölkələrinin muzey mütəxəssisləri üçün “Muzeylərin idarə olunması – XXI əsr: UNESCO/İCOM-un tematik regional treninqləri və muzey menecmenti potensialının inkişafı sahəsində MDB ölkələri ekspertlərinin görüşü” regional təlimlərinin davamı olaraq təşkil edilmişdir. Təlim yerli tarixi-etnoqrafik muzeylərin sosial rolunun gücləndirilməsi, onların fəaliyyətinə dəstək verilməsi, muzey əməkdaşlarının işinin daha da yaxşılaşdırılması məqsədi daşıyır. Təlim DHƏF ilə əməkdaşlıq çərçivəsində sosial-ekoloji mərkəz olan “Ekosfera”, UNESCO üzrə Azərbaycan Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və digər əlaqədar qurumların birgə təşkilatçılığı ilə keçirilir.
Təlimdə Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavinin, t.ü.f.d. Məhfuzə Zeynalova iştirak etmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.