AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının növbəti iclasında muzeyin 2013-cü ildə gördüyü elmi-ekspozisiya, elmi tədqiqat, elmi-kütləvi və fond işlərinin hesabatı dinlənilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən akademik Nailə Vəlixanlı 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası ilə əlaqədar tapşırılmış işlərin yerinə yetirilməsi, elmi tədqiqat işlərinin yerinə yetirilməsi haqqında məlumat vermiş, nəşriyyat fəaliyyəti, muzey əməkdaşlarının iştirak etdiyi ölkədaxili və xarici elmi forumlar, muzeydə keçirilmiş konfranslar, seminarlar, sərgilər, beynəlxalq əlaqələr, kadr hazırlığı, elmi-təşkilati fəaliyyəti, plandan əlavə işlərin görülməsi haqqında bəhs etmişdir. Qeyd olundu ki, Muzeyin bütün 93 illik tarixi boyu ən irimiqyaslı nəşr fəaliyyəti məhz 2013-cü ildə həyata keçirilmişdir. Belə ki, hesabat dövründə 13 kitab nəşr edilmiş, 4 kitab isə istehsalatdadır. Elmi Şura üzvlərindən sonda AMEA Rəyasət Heyəti adından akademik Teymur Bünyadov, müxbir üzvü İ.Babayev, tarix elmləri doktoru A.Məmmədov, N.Əliyeva, F.Cabbarov, M.Zeynalova, F.Əhmədova və başqaları iştirak etmişlər, çıxışlarında cari ildə muzeyin fəaliyyəti ilə bağlı müxtəlif rəy və təkliflərini səsləndirdilər. Muzeyin 2013-cü il ərzində gördüyü işlərə yüksək qiymət vermiş və əməkdaşlara yeni-yeni uğurlar arzulamışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.