Zivər bəy Əhmədbəyov 1873-cu ildə Şamaxı şəhərində doğulmuşdur. Orta təhsilini Şamaxıda almış, 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İlk ali təhsilli, diplomlu - azərbaycanlı memardır. 1910-cu ildən Bakı şəhərində yaşamışdır.
1902-1917-ci illərdə Z.Əhmədbəyov Bakı Quberniyasının İdarəsində, sonra isə Bakı şəhər İdarəsində memar işləmişdir. Azərbaycan Xalq Cumhuriyyəti elan olunduqdan sonra, 1922-ci ilə kimi Bakı şəhərinin Baş memarı olmuşdur. Şamaxıda Cьmə məscidi, İmam məscidi, Bakıda Təzə Pir məscidi, Əmircanda Murtuza Muxtarov məscidi (1908) (məscidi Kərbəlayı Əhməd tikib) və Vladiqafqazda bir sıra yaşayış və məişət binaları onun layihəsilə tikilmişdir. Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur. Zivər bəy Əhmədbəyov oz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirmişdir. Bakıda Oftalmologiya İnstitutunun binası və onun layihəsilə tikilən bir sıra yaşayış binaları bu gün də goz oxşayır. 1917-ci ildə Z.Əhmədbəyov “İslam mədəniyyət abidələrini qoruyan”, 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin oyrənilməsi ilə məşğul olan “Yeni Şirvan” cəmiyyətlərini yaratmışdır. Zivər bəy Əhmədbəyov 1925-ci ildə Bakıda vəfat etmişdir. 2011-ci il may ayının 26-da, Bakıda “Nizami” metro stansiyasının qarşısında Zivər bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. Parkla uzbəuz bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında inşa edilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.