Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında AMEA, Səhiyyə və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı ilə elm məbədgahının ilk prezidenti, akademik Mirəsədulla Mirqasımovun anadan olmasının 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Yubiley tədbirində AMEA prezidenti, akademik Akif Əlizadə, AR Səhiyyə naziri, tibb elmləri doktoru, professor Oqtay Şirəliyev, AR Təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Tibb Universitetinin rektoru, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov çıxış etmişlər. Həmçinin tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, muzeyin Elmi işlər üzrə direktor müavini N.Əliyeva, Həmkarlar təşkilatının sədri G.Əliyeva və Gənc alim və mütəxəssislər şurasının sədri B.Kərimov da iştirak etmişlər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.