XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
14 Noyabr, 2013
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirildi

AMEA Milli Azərbaycan Tarixi Muzeyində Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı son illər gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərildiyini, onların beynəlxalq konfranslarda daha yüksək fəallığının müşahidə olunduğunu bildirdi.


Akademik muzey əməkdaşlarının 30 faizini gənclərin təşkil etdiyini də xüsusilə vurğuladı. AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü ildə keçirilmiş iclasında Gənc Alim və Mütəxəssislər Şurasının yaradılmasına dair qəbul olunmuş qərar haqqında məlumat verən muzeyin elmi katibi t.ü.f.d. Fərhad Cabbarov şuranın yaradılmasının əhəmiyyətindən, məqsəd və vəzifələrindən danışdı. Sonra muzeyin Gənc alim və mütəxəssislər şurasına sədrin, katibin və üzvlərin seçilməsi üçün namizədlərin adları səsləndirildi. Səsvermə yolu ilə tərkibi 19 nəfərdən ibarət Gənc alim və mütəxəssislər şurasının sədri a.e.i., t.ü.f.d. Bəhmən Kərimov, katibi böyük laborant Ramiyə Həsənova seçildilər. Sonda çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı gənclərə gələcək fəaliyyətlərində uğurlar arzuladı və onların muzeyin elmi fəaliyyətində iştrakının önəmliliyini vurğulayaraq, daim dəstək olacağını bildirdi.

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyində Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı  AMEA Milli Azərbaycan Tarixi Muzeyində Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı  AMEA Milli Azərbaycan Tarixi Muzeyində Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı  AMEA Milli Azərbaycan Tarixi Muzeyində Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı