XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Noyabr, 2013
Milli Azərbaycan Tarixi Muzeyində YAP-ın 21-ci ildönümü münasibətilə tədbir keçirildi

Milli Azərbaycan Tarixi Muzeyi18 noyabr 2013-cü ildə Milli Azərbaycan Tarixi Muzeyində YAP Azərbaycan Tarixçiləri ilk ərazi təşkilatı üzvlərinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 21 illiyi münasibətilə tədbir keçirildi.


 

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı iştirakçıları salamlayaraq müstəqil Azərbaycan Respublikası vətəndaşlarının birləşdiyi Yeni Azərbaycan Partiyasının 21-ci il dönümü münasibətilə təbrik etdi. Partiyanın yaranma və formalaşma tarixindən söhbət açan akademik, lider partiya olan YAP-ın nailiyyətlərini vurğulayaraq dövlətçilyimizin möhkəmlənməsində önəmli rol oynamış ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərinin müasir dövrümüzdə ölkə başçısı, hörmətli İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində uğurla davam etdirildiyini bildirdi.

Yeni Azərbaycan Partiyasının fəaliyyətinin davamlı olmasını arzulayan və gənclərə Heydər Əliyev irsini öyrənməyi tövsiyyə edən akademik N.Vəlixanlıdan sonra çıxış edən YAP Səbail rayonu Təşkilatının sədr müavini Muxtar Nağıyev  Yeni Azərbaycan Partiyasının yaradılması və əsas qayələrindən ətraflı söhbət açdı. Partiyanın ilkin yaranma dövründən danışan M.Nağıyev, görkəmli şəxsiyyət Heydər Əliyevin fədakar ömür yolunu gənclərə örnək göstərdi və müasir tarixçilərə YAP tarixini yazarkən real faktlara istinad etməyi arzuladı.

Çıxışında xalqın müdrik oğlu Heydər Əliyevin həyat yolu və siyasətindən danışan Yeni Azərbaycan Partiyasının  Azərbaycan Tarixçiləri ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova müasir dövrümüzün rəhbər partiyası olan Yeni Azərbaycan Partiyasının ardıcıl siyasətinin uğurlarını qeyd etdi.    

YAP-ın 21-ci ildönümü münasibətilə tərtib edilmiş elektron prezentasiyanın nümayişindən sonra Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri – Şəkər Məmmədova və Validə Ağazadənin ifasında şeirlər səsləndirildi. Tədbir muzeyin Arxeologiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə, YAP Azərbaycan Tarixçiləri ilk ərazi təşkilatının katibi Rəhim Səadətov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Xanım Yaqubəliyevanın maraqlı çıxışları ilə davam etdirildi.

Tədbirin sonunda 9 oktyabr Prezident seçkilərində fəallıq göstərmiş YAP Azərbaycan Tarixçiləri ilk ərazi təşkilatı üzvləri – Pərvanə Əzimova, Rəhim Səadətov və Tural Şiriyevə YAP Səbail rayonu Təşkilatının Fəxri Fərmanları təqdim olundu.