TÜRKSOY (20 illik yubileyi), T.C. Kültür Bakanlığı, Bursa Böyük Şəhər Bələdiyəsi, TBMM Milli Sarayların təşkilatçılığı ilə, 8-12 noyabr 2013-cü il tarixində Türkiyə Cumhuriyyətinin Bursa və İstanbul şəhərində keçirilən “Türk Dünyasının Kültürel Mirası ve Müzeler” adlı Beynəlxalq Forumu baş tutmuşdur. “Türk Dünyasının Kültürel Mirası ve Müzeler” adlı Beynəlxalq Forumuda Azərbaycan Respublikası AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiya təhlükəsizliyi üzrə direktor müavini Həbibə Əliyeva təmsil etmişdir.
Həbibə Əliyeva «Günümüzdəki Azərbaycan Muzeyləri» adlı məruzəsi ilə iştirak edib. Məruzədə Azərbaycandakı muzeylər təşəkkülü və təkamülü tarixi baxımdan təhlil edilmiş, mədəni irsimizin qorunmasında da böyük xidmətlər göstərmiş Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin 2000-ci ilin martında imzaladığı “ Muzeylər haqqında qanun” a görə muzey fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipi kimi “ milli sərvətlərin saxlandığı muzeylərin və muzey fondlarının mühafizəsinə dövlət qayğısı, onların ilk növbədə maliyyələşdirilməsi”.
Forumda türkdilli ölkələrdən- Azərbaycan, Kazaxıstan, Türkmənistan, Özbəkistan, Quzey Kıprız Türk Cumhuruyyəti, Tacikistan, Monqolistan, Moldova (Qaqavuz), Qırğızistan, Krımdan (Ukrayna), Başqırdistan, Tatarıstan, Hakas, Saha (Yakut) və Tuva Cumhuriyyətləri (Rusiya) və digər Rusyanın şəhərlərindən Sankt-Peterburq, Moskvadan və elmi müəssisə tədqiqatçıları muzeylərin qorunması, materalların toplanması, muzeylərin müasir durumu və inkişaf perespektivləri, modern muzeylər, muzey materiallarının restovrasiya və konservasiyası, dünya muzeyləri ilə yaranacaq əlaqələr, muzyelərin təbliğ və reklamları haqqında dərin məzmunlu və çox maraqlı məruzələrlə çıxış etdilər. Məruzələr tezis şəklində nəşr edilmiş və iştirakçılara paylanmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.