XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 Noyabr, 2013
“İrs-Miras” beynəlxalq jurnalında “Qafqaz İslam Ordusu və Bakının Azad edilməsinin 95 illiyi” ilə bağlı məqalə dərc olunub

"İrs-Miras" beynəlxalq jurnalıTürk dilində çap olunan “İrs-Miras” beynəlxalq jurnalının növbəti (“İrs- Miras”, 2 (7), 2013, s.24-31) buraxılışında muzeyin əməkdaşı, t.ü.f.d. Səbuhi Əhmədovun “Millət sizə mütəşəkkirdir...” adlı məqaləsi dərc olunub.


Qafqaz İslam Ordusunu və Bakını Azad etməsini 95 illiyinə həsr olunmuş məqalədə türk və azərbaycan hərbi hissələrinin şərəfli və xilaskar yürüşü təsvir edilmişdir. Məqalədə həmçinin müvafiq fotoşəkillərdən, Milli Azərbaycan Tarixi Muzeyində qorunan eksponatların fotoşəkillərindən istifadə olunmuşdur.