XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
25 Noyabr, 2013
Almaniyanın Milli Kitabxanası tərəfindən tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun “Знамёна азербайджанских ханств как источник в изучении истории государственности” monoqrafiyası nəşr olunmuşdur

“Знамёна азербайджанских ханств как источник в изучении истории государственности” adlı monoqrafiyaNəşr olunmuş monoqrafiya Alman Milli Kitabxanası tərəfindən Alman Kitab Kataloquna daxil edilmişdir. (ətraflı məlumat üçün: dnb.de)


 

Pərvin Gözəlovun monoqrafiyası Azərbaycan tarixşunaslığının öyrənilməmiş aspektlərinə həsr edilmişdir. XVIII-ci əsrdə azərbaycanın dövlətçilik tarixində yeni mərhələ başlamış, obyektiv tarixi proses nəticəsində, dövlətçilik atributlarına o cümlədən, bayrağa malik olmuş, beynəlxalq hüquq subyektləri kimi xanlıqlar siyasi meydana gəlmış. Dövlətçiliyin formalaşma dövründə - hakimiyyətin və dövlətçiliyin zahiri tərtibatına xüsusi əhəmiyyət verilirdi. Müəllif geniş materialları cəlb edərək, bayraqların əhəmiyyətlərini, istifadə ənənələrini və tərtibatını qədim dövürdən bu günə kimi tədqiq edib. Monoqrafiyada azərbaycanda dövlətçilik ənənələri ilə yanaşı, azərbaycan heraldikası tədqiq olunub, tarixi mənbələrdə rast gələn bayraqların tarixi terminlərinin dərin tədqiqatının nəticələri izah edilir. Kitabın hazırlanmasında, bayraqlara aid nadir illyustrasiyalardan və yazılı mənbələrdən  istifadə edilib.