XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 Noyabr, 2013
90 il əvvəl Azərbaycanı Tədqiq və Tətəbbo Cəmiyyəti yaradılmışdır

Azərbaycanı Tədqiq və Tətəbbo Cəmiyyəti1923-cu il noyabrında elmi-tədqiqat işləri aparmaq məqsədilə Əbdurrəhim bəy Haqverdiyevin sədrliyi ilə Azərbaycanı Tədqiq və Tətəbbo Cəmiyyəti yaradılmışdı. Bu cəmiyyət respublikanın baş elmi muəssisəsi olmuşdu. “Azərbaycanı Tədqiq və Tətəbbo Cəmiyyəti” respublikada elmin və mədəni-maarif işinin inkişafında boyuk rol oynamışdır.


İlk dovrlərdə Cəmiyyətin tərkibinə Tarix-Etnoqrafiya, İqtisadiyyat və Təbiətşunaslıq bolmələri daxil edilmiş, 1925-ci ildə ayrıca Turkologiya bolməsi yaranmışdı. Ayrı-ayrı elm sahələri istiqamətində tədqiqatlar aparılması məqsədilə tarix, tarix-ədəbiyyat, etnoqrafiya, dilcilik, luğətcilik, huquq, coğrafiya, Xəzər dənizinin tədqiqi, sovet quruculuğu, sənaye, təsviri incəsənət, teatr, musiqi və s. sahələr uzrə komissiya və yarımkomissiyalar təşkil edilmişdi. “Azərbaycanı Tədqiq və Tətəbbo Cəmiyyəti” respublikada elmin və mədəni-maarif işinin inkişafında boyuk rol oynamışdır. Azərbaycanın, eləcə də qonşu regionların tarixi, arxeologiyası, etnoqrafiyası, təbii sərvətləri, elm və mədəniyyətinin oyrənilməsində bu cəmiyyətin muhum xidmətləri olmuşdur. Azərbaycan haqqında materialın toplanması, tədqiqi və nəşri ilə məşğul olmaqla yanaşı cəmiyyət, eyni zamanda həmin nəşrlərin elmi ictimaiyyət arasında təbliğini və yayılmasını da təşkil etmişdi.

1929-cu ildə Azərbaycanı Tədqiq və Tətəbbo Cəmiyyəti yenidən təşkil edilərək Azərbaycan Dovlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı. İnstitutun təbiyyat, biologiya, tarix və etnoqrafiya, dilcilik, ədəbiyyat və incəsənət, fəlsəfə, Sovet Şərqi və xarici Şərq, dovlət və huquq bolmələri movcud idi. 1932-ci ildə Azərbaycan DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan Şobəsi təşkil edilmişdi. Ruhulla Axundovun rəhbərlik etdiyi şobədə 11 bolmə və bir necə komissiya fəaliyyət gostərirdi. Bir sıra məşhur alimlər - F.Y.Levinson-Lessinq, İ.M.Qubkin, A.A.Qrossheym, N.Y.Marr, İ.İ.Meşşanov, A.N,Derjavin, İ.Q,Yesman, ilk Azərbaycan alimlərindən B.Cobanzadə, V.Xuluflu, M.Əfəndiyev, A.Tağızadə, S.Mumtaz, A.S.Məmmədov və başqaları burada elmi-tədqiqat işləri aparırdılar.

1935-ci ilin oktyabrında şobə SSRİ EA Azərbaycan Filialına cevrilmişdi. Filialın yanında movcud bolmələr əsasında kimya, botanika, zoologiya, tarix, etnoqrafiya və arxeologiya, dil və ədəbiyyat elmi-tədqiqat institutları, habelə energetika, fizika, geologiya, torpaqşunaslıq sektorları yaradılmışdı. Filialın Rəyasət Heyətinin sədri əvvəl akademik İ.M.Qubkin, sonralar isə akademik S.S.Namyotkin olmuşdur. SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan Elmlər Akademiyasına cevrilmişdi. Həmin il Azərbaycan EA-na 15 həqiqi uzv secilmişdi. U.Hacıbəyli, S.Vurğun, M.İbrahimov, Y.Məmmədəliyev, M.Qaşqay, A.A.Qrossheym, S.Dadaşov, İ.Q.Yesman, M.Mirqasımov, Ş.Əzizbəyov, Ə.Əlizadə, M.Topcubaşov, M.Huseynov, H.Huseynov və İ.İ.Şiroqorov onun ilk heyət uzvləri idi.