XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Noyabr, 2013
Muzeydə məktubların tarixinə həsr olunmuş açıq dərs keçirildi

Milli Azərbaycan Tarixi MuzeyiMilli Azərbaycan Tarixi Muzeyində məktubların tarixinə həsr olunmuş açıq dərs keçirildi.


Azərbaycan tarixçiləri ictimayi birliyinin idarə heyətinin sədri Namiq Rüstəmovun UNİSER fərdi məktəbinin şagirdləri ilə keçirdiyi açıq dərsdə məktubun yaranması barəsində danışmış, müxtəlif növ məktubların təsvirlərini nümayiş etdirmişdir. Oriqami üsulu ilə məktubların qatlanması, “əsgər üçbucağı” kimi tanınan və II dünya müharibəsi illərində geniş yayılmış məktub növü nümayiş olunmuşdur.

Dərsin sonunda şagirdlərə “Necə bilirsiniz, kağız üzərində məktub mədəniyyəti yox olacaqmı?” sualına cavab vermək təklif edilmişdir.

Tədbirin fotoları ilə saytın “Fotoqalereya” bölümündə tanış olmaq olar.