XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Dekabr, 2013
Qeyri-maddi mədəni irsin qorunması üzrə beynəlxalq QHT forumu keçiriləcək

Cari ilin 2-8 dekabr tarixində Bakıda keçiriləcək YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası çərçivəsində dekabr ayının 1-də qeyri-maddi mədəni irsin qorunması üzrə ilk beynəlxalq QHT forumu təşkil olunacaq.


Forumda 150-dən artıq beynəlxalq QHT və Azərbaycan tərəfindən Azərbaycan Xalçaçılar Birliyi və Musiqi Dünyası İctimai Birliyinin nümayəndələri iştirak edəcək. "JW Marriott Absheron" hotelində təşkil olunacaq forum qeyri-maddi mədəni irsin qorunmasında iştirakçı dövlətlərlə yanaşı qeyri-dövlət təşkilatlarının rolunun aktivləşdirilməsi və onların beynəlxalq əməkdaşlığa töhfə vermələri baxımından müstəsna əhəmiyyət daşıyır.